...

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdir (FOTO)

Cəmiyyət Materials 4 İyun 2020 12:57 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdir (FOTO)

Bakı. Trend:

Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələrində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ədliyyə Akademiyasında icbari təlim kurslarının proqramına insan hüquqları, habelə Ombudsmanın MPM fəaliyyəti ilə bağlı mövzular da daxil edilib.

Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” dövrünə təsadüf edən növbəti tədris Ədliyyə Akademiyası tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa yeni qəbul olunmuş şəxslər üçün “Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda onlayn (distant) formada təşkil olunub.

Mühazirə Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən tədris olunub. O, dinləyicilərə Ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Müvəkkilin insan hüquqlarının müdafiəsi və MPM qismində fəaliyyəti, beynəlxalq standartlar əsasında rəftar məsələləri və saxlanma şəraitinin araşdırılmasında göstərdiyi yanaşmalar haqqında geniş məlumat verib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartlar, habelə əlaqəli şəkildə milli qanunvericilik aktları da tədris olunub.

Eləcə də, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Ombudsmanının MPM fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm olaraq keçirilən başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar milli, xarici ölkə və beynəlxalq təşkilatların təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılıb.

Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində fəaliyyəti dinləyicilər tərəfindən maraqla qarşılanıb, onların sualları ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti