...

Azərbaycan Tibb Universitetində "Tibb bacısı işi" ixtisası üzrə kadrlar hazırlanacaq

Cəmiyyət Materials 11 İyun 2020 22:43 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Tibb Universitetində yeni tədris ilindən "Tibb bacısı işi" ixtisası üzrə də kadrların hazırlanmasına başlanılacaq.

Trend-in məlumatına görə, 2020-2021-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisaslar açılıb. Yeni dərs ili üçün bakalavriat səviyyəsi üzrə "Fizioterapiya və tibbi reabilitasiya" ixtisası üzrə ayrılan plan yerlərinin sayı 40, "Tibb bacısı işi" ixtisası üzrə ayrılan plan yerlərinin sayı 40 olub.

Magistratura səviyyəsi üzrə "Klinik (tibbi) psixologiya" və "Səhiyyə sahəsi üzrə menecment" ixtisaslarının hər biri üçün 10 plan yeri ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti