...

Könüllülərin bölgələrdəki fəaliyyəti davam edir (FOTO)

Cəmiyyət Materials 6 İyul 2020 13:49 (UTC +04:00)
Könüllülərin bölgələrdəki fəaliyyəti davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyəti çərçivəsində, Azərbaycan könüllüləri yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarı altında maraqlı və maarifləndirici aksiyaları həyata keçirməyə davam edirlər.

Belə ki, ölkəmizdə hələ də xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, karantin rejiminin tələblərinə uyğun olaraq, koronavirus infeksiyasından qorunma məqsədilə, gənc könüllülər parklarda, yeraltı keçidlərin qarşısında və səkilərdə vətəndaşların ara məsafəsinin qorunmasını xatırladan xüsusi istiqamətləndirici işarələr çəkərək, hamını məsafə saxlamağa və sakinlərin bir-birini infeksiyaya yoluxmaqdan qorumağa təşviq ediblər.

Aksiyanı faydalı edən vacib məsələ odur ki, könüllülərin bu addımları sayəsində, onların daim orda olmaqları zərurəti yaranmır. Vətəndaşlar yerdə çəkilən işarələrlə xatırlatma alır, bu işarələrlə hərəkət etməklə sosial məsafəni qoruyur və infeksiyanın yayılmasının qarşısını almağa müvəffəq olurlar.

Mütləq qeyd edilməlidir ki, aksiyada iştirak edən könüllülər karantin rejiminin qaydalarına tam riayət edərək, öz fəaliyyətlərini yaşayış yerlərinə yaxın ərazidə, sms icazə sisteminin yaratdığı 2 saatlıq açıq havada olma hüququndan istifadə etməklə həyata keçiriblər.

Ölkəmizin Balakən, Zaqatala, Qəbələ, Göygöl, Goranboy, Saatlı, Şamaxı, Tərtər rayonlarında başlayan aksiyaya Şəmkir, İsmayıllı, Quba, Qazax, Göyçay, Biləsuvar, Qax, Ağdam, Bərdə, Qusar, Sabirabad, Kürdəmir, Şirvan, Mingəçevir, Şəki və Tovuz rayonlarının gənc könüllüləri də qoşulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti