...

Səhiyyə Nazirliyi: Bütün COVİD məntəqələri və bu məntəqələrin yerləşdiyi poliklinikaların hamısı qoruyucu vasitələrlə təmin edilib

Cəmiyyət Materials 10 İyul 2020 16:49 (UTC +04:00)
Səhiyyə Nazirliyi: Bütün COVİD məntəqələri və bu məntəqələrin yerləşdiyi poliklinikaların hamısı qoruyucu vasitələrlə təmin edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhərində bütün COVİD məntəqələri və bu məntəqələrin yerləşdiyi poliklinikaların hamısı kombinezonlar, birdəflik xalatlar, əlcəklər, alkoqol tərkibli məhlullar, gözlüklər, N95 maskaları ilə, PST testinin götürülməsi üçün tələb olunan bütün tibbi ləvazimatlarla tam həcmdə təmin ediliblər.

Bunu Trend-ə COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, COVİD məntəqələrin hamısı poliklinikalardan tamamilə ayrılıb:

"COVİD məntəqəsi qırmızı zona sayılır, onların girişi tam fərqlidir. Poliklinika işçiləri oraya daxil ola bilməzlər. Poliklinikaların girişində insanların temperaturu yoxlanılır, onlara koronavirus simptomunun olub-olmaması ilə bağlı suallar verilir. Temperaturu, ümumiyyətlə, COVID şübhəsi olan xəstələrin poliklinikaya daxil olması qadağandır. Onlar səhvən polikilnikaya gələrlərsə, qapıdan artıq məntəqəyə yönləndirilir. Belə şəxslər COVID məntəqələrində müayinə edilir və orada da onlardan analiz götürülür".

N.Seyidov qeyd edib ki, müraciət olduqda simptomsuz və ya yüngül simptomlu xəstələri müayinə etmək üçün tibb işçiləri evlərə xüsusi kombinezonlarda gəlirlər və həmin geyimdə də onlardan analiz götürürlər.

İşçi qrupun üzvü əlavə edib ki, bütün poliklinika həkimləri koronavirus haqqında məlumatlı olmalıdırlar. Ona görə də bu həkimlərin hamısı koronavirus haqqında məlumatlandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti