...

Gəncədə gənclər könüllü ordu sıralarına yazılır

Cəmiyyət Materials 18 İyul 2020 11:56 (UTC +04:00)
Gəncədə gənclər könüllü ordu sıralarına yazılır

Bakı. Trend:

İyul ayının 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribat Azərbaycan xalqı kimi Gəncə gənclərinin də böyük hiddətinə, qəzəbinə səbəb olub. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən, diktatura rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışan Ermənistanın Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidəki təxribatı gənclərimiz tərəfindən narazılıqla qarşılanıb.

İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından sonra Gəncənin yüzlərlə gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri üzrə bölmələrinə xüsusi karantin rejiminin qaydalarına uyğun onlayn müraciət edərək, düşmənə qarşı döyüşmək üçün könüllü ordu sıralarına yazılırlar. Onların arasında YAP Gəncə şəhər təşkilatının gənc fəalları çoxluq təşkil edir.

Ölkə Prezidentinin çağırışına qoşulan gənclərin könüllü olaraq orduda xidmət etmək və mənfur düşmənə qarşı döyüşlərə qatılmaq üçün atdıqları bu addım yüksək qiymətləndirilib.

Gənclər Qarabağ torpağının azad olunması üçün hər an bir müsəlləh əsgər olaraq hazır olduqlarını, Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan ediblər.
Hazırda gənclərin könüllü olaraq orduda xidmət etmək üçün müraciətləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti