...

ASRP sədri KİV nümayəndələrini təbrik edib

Cəmiyyət Materials 22 İyul 2020 15:30 (UTC +04:00)
Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Kütləvi İnformasiya Vasitələri nümayəndələrini 22 İyul Milli Mətbuat günü münasibəti ilə təbrik edib.
ASRP sədri KİV nümayəndələrini təbrik edib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Kütləvi İnformasiya Vasitələri nümayəndələrini 22 İyul Milli Mətbuat günü münasibəti ilə təbrik edib.

Trend-in məlumatına görə, Ə.Kazımova bildirib ki, KİV nümayəndələrinə gərəkli qayğını hər zaman ölkə başçısı cənab İlham Əliyev göstərib:

“Bir dəfə Rusiya prezidentinə sual verdilər ki, niyə həkimin, müəllimin, polisin maaşı artırılır, amma jurnalistin maaşına bu artım şamil edilmir? Prezident cavab verdi: “Hər kəs bilir ki, polis, həkim və ya hüquqşünas olduğunda yaxşı maddi imkanlara sahib ola biləcək. Bu hədəfinə uyğun olaraq, yaşayıb yaradır. Belə adamların hədəfi daha yaxşı yaşamaqdır. Jurnalist isə ən başdan yaxşı yaşamaq üçün yox, yaxşı yaza bilmək məqsədi ilə əlinə qələm alır”.

Burada əslində bir məntiq var, jurnalisti digər peşələrdən fərqləndirən, o peşə sahiblərinin maddi dəyərdən daha çox mənəvi dəyər maraqlandırır. Amma buna rəğmən Azərbaycan prezidenti cənab İlham Əliyev jurnalistlərimizə dəstək olur, onları evlə də təmin edir, fəxri adlarla da təltif edir.

Bundan başqa cənab Prezident medianın gücünə güvəndiyini, təyin etdiyi məmurların fəaliyyəti ilə bağlı cənab Prezidentə yardım edərək, media nümayəndələri tərəfindən məlumatlandırılmasını tövsiyə edir. Başqa dövlətlərin media praktikasında belə humanizm görmək mümkün deyil.

Ona görə də, Azərbaycanda jurnalistlər üçün yaradılan şərait daim cənab Prezidentin diqqət və qayğıları arasında önəmli faktor rolunu oynayır. Fürsətdən istifadə edib, hörmətli Həsən bəy Zərdabi irsinin sadiq davamçılarını, 22 İyun Milli Mətbuat günü münasibəti ilə bütün jurnalistləri təbrik edirəm! Hər daim qələminizdən vicdan mürəkkəbi əksik olmasın. Unutmayın, əli qələm tutan, hər kəs medianın potensial silahdaşı və savaşçısıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti