...

ASRP sədri Azərbaycan xalqını təbrik edib

Cəmiyyət Materials 29 İyul 2020 13:49 (UTC +04:00)
ASRP sədri Azərbaycan xalqını təbrik edib

Bakı. Trend:

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Mehriban və Bağışlayan Allahın adı ilə!

Əziz və hörmətli Xalqım, məmləkətdən uzaqda yaşayan bütün soydaşlarım, çox dəyərli dünya müsəlmanlarını müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bildiyimiz kimi Azərbaycan multikultural dəyərlərin var olduğu bir dövlət kimi müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələri arasında mehriban qonuşuluq ənənələrinə, dərin tarixi köklərə malikdir. Və bütün bunların qorunub saxlanması hər birimiz üçün olduqca mühüm amildir. Uca Allahdan istəyimiz budur ki, bizim hər bir günümüzün gerçək bayram olmasını, xalqımıza milli-mənəvi dəyərlərimiz ətrafında həmrəylik nəsib etsin.

Varlığı əbədi olan, mərhəmət sahibi, ədalətli Uca Allah özünə dua edənləri geri çevirməz. Dualarınızın Rəbbin uca qatına çatdırılmasına vəsilə olan Qurban Bayramınız mübarək olsun. Allahın rəhməti üzərinizə olsun!”

Xəbər lenti

Xəbər lenti