...

Sumqayıtda ağac kəsən şəxs cəzalanıb

Cəmiyyət Materials 13 Avqust 2020 10:35 (UTC +04:00)
Sumqayıtda ağac kəsən şəxs cəzalanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyi müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Xidmətin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Rövşən Rəhimov tərəfindən kəsildiyi və təbiətə 2040 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti