...

20-dən artıq müntəzəm və ekspres avtobus gecikir - RƏSMİ (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2020 14:25 (UTC +04:00)
20-dən artıq müntəzəm və ekspres avtobus gecikir - RƏSMİ (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda tıxac avtobusların hərəkətində problem yaradıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, Qara Qarayev prospekti "Dakar" dairəsi istiqamətində və dairə ətrafında nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən 20-dən artıq müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti