...

TƏBİB: Reanimasiyada olan koronavirus xəstələrinin sayı 112 nəfərdir

Cəmiyyət Materials 17 Sentyabr 2020 19:03 (UTC +04:00)
TƏBİB: Reanimasiyada olan koronavirus xəstələrinin sayı 112 nəfərdir

Bakı. Trend:

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1917-dir.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 112, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 9-dur.

Azərbaycanda indiyədək ümumilikdə 38 777 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib. Hazırkı dövrədək 1 035 286 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti