Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə geniş hesabatı təqdim olunacaq. Komitə üzvləri, həmçinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsini müzakirə edəcəklər.
Sonra deputatlar cari məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.