Bakı. Elçin Mehdiyev - Trend:
Ermənistanın Azərbaycanın mülki əhalisini və mülki obyektləri, infrastrukturu atəşə tutması nətəcəsində sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb.
Trend-in məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluğunda 19 cinayət işi açılıb.
O bildirib ki, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.