Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycana alınıb gətiriləcək vaksinlər təhlükəsizilik göstəricilərinə 100 faiz cavab verəcək.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, vaksinlərin ölkəyə gətirilməsi zamanı “Soyuq zəncir” prinsipinə əməl ediləcək. Eyni zamanda, tibbi personalın vaksinasiyasının aparılmasına hazırlığı da təmin ediləcək.