...

Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik son oxunuşda təsdiq edildi

Cəmiyyət Materials 18 Dekabr 2020 11:40 (UTC +04:00)
Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik son oxunuşda təsdiq edildi

Bakı. Elçin Mehdiyev - Trend:

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

Trend-in məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti