...

İtkin düşən 12 yaşlı Ləman Şahbazova nəzarətə götürüldü

Cəmiyyət Materials 6 Yanvar 2021 13:07 (UTC +04:00)
İtkin düşən 12 yaşlı  Ləman Şahbazova nəzarətə götürüldü

Bakı. Samir Əli - Trend:

Kütləvi informasiya vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə məsələni dərhal nəzarətə götürüb.

12 yaşlı L.Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib. Müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti