Onlayn təhsilin problemləri və reallıqlar - ARAŞDIRMA

Onlayn təhsilin problemləri və reallıqlar - ARAŞDIRMA

Bakı. İlhamə İsabalayeva – Trend:

Dərslərin distant formada keçirilməsi müəyyən problemlərin yaranmasına səbəb olsa da, pandemiya ilə əlaqədar tədrisin bu şəkildə təşkili hazırkı dövr üçün təhsilin davamlılığının təmini baxımından ən münasib yol sayılır. Bütün dünyada olduğu kimi, artıq bir necə aydır ki, Azərbaycanda da tədris distant formada təşkil olunur.

Təhsil eksperti Elçin Süleymanov Trend-ə bildirib ki, distant təhsilin əhatəliliyi və effektivliyi kompüter texnologiyalarının və internetin inkişafı ilə əlaqədar son illər ərzində artıb. Eyni zamanda onlayn təhsil imkanlarının və bu imkanlara əlçatanlığın artması bu təhsilin əhatə dairəsini artırıb:

“Qabaqcıl universitetlər artıq bir neçə ildir ki, məsafədən bəzi proqramlar təqdim edirlər və onların bu metodla verdikləri təhsil heç də ənənəvi təhsildən geri qalmır. Əksinə, həm iştirakçıların zaman və məkan məhdudiyyətlərinin ortadan qalxması, həm də universitetdəki təhsil verənlərin fiziki olaraq imkanlarının və istifadə olunan adutoriya məkanının məhdudluğu problemi bu tədris metodunda aradan qalxmış olur. Lakin bu metodla tədrisin bütün ixtisaslarda, xüsusilə tətbiqi sahələrdə çox da uğurlu olmaması bir faktdır. Universitetlərin də onlayn təhsili əvvəllər müəyyən ixtisaslarda, xüsusi ilə humanitar və ictimai elmlərdə təqdim etməsinin səbəbi də bu məsələ idi. Keçən ilin əvvəllərindən dünyanı cənginə alan COVİD-19 pandemiyası təhsil sahəsinin distant olmasını zəruri etdi. Yəni hazırda distant təhsil bir seçim yox, zərurətdir. İnsan həyatının və sağlamlığının daha önəmli olduğunu nəzərə alaraq, ölkələrin bu addımı atması düzgündür. Sadəcə ölkələrin distant təhsil infrastrukturu bu dönəmin ən az itki ilə bitməsində əhəmiyyətli rol oynayır”.

E.Süleymanov qeyd edib ki, hətta ən inkişaf etmiş ölkələrdə belə təhsilalanların 15-20 fazi bu prosesə qoşula bilmədi və müəyyən qədər təhsildən uzaq qaldı. Azərbaycan pandemiyadan dolayı distant təhsilə ən erkən qoşulan ölkələrdən biri kimi bu prosesi kifayət qədər yaxşı idarə edə bildi:

“Burada biz təhsil alanları iki qrupda dəyərləndirməliyik. Ali və orta ixtisas təhsilində təhsil alanların onlayn təhsil texnologiyalarından istifadə bacarıqlarının orta təhsilə görə daha yaxşı olması və alternativ təhsil materiallarının daha çox olması müsbət nüans sayıla bilər. Ama bu istiqamətdə 50-yə yaxın universitetin hamısının eyni səviyyədə problemin öhdəsindən gəldiyini demək düzgün olmazdı. Bu prosedən daha çox elektron universitet infrastrukturu yaxşı olan universitetlər uğurla çıxdı. Orta təhsildə isə Təhsil Nazirliyinin həyata keçirdiyi teledərslər, virtual məktəb layihəsi uğurlu addımlardan sayılmalıdır. Amma onu da unutmamaq lazımdır ki, interaktiv tədris bilavasitə şagird və onun müəlliminin iştirakı ilə mümkündür. Burada bütün yükün Təhsil Nazirliyinin üzərində olmadığını qəbul etmək lazımdır. Prosesə təhsilverən, təhsilalan və ətraf mühit, texnoloji imkanlar və onlara əlçatanlıq aspektindən baxmaq lazımdır”.

E.Süleymanov əlavə edib ki, teledərslərin effektivliyi bilavasitə şagird və valideynin özlərindən asılıdır. Həmçinin virtual məktəb imkanlarının effektivliyində də məktəb, müəllim , şagird və valideyn üçbucağı mütləq prosesə qatılmalıdır:

“Qeyd etdiyim kimi, hazırda təhsil verənlərin xüsusi ilə son illərdə müəllimlik peşəsinə qəbul olunanların texnolohiyadan istifadə bacarıqları xeyli yüksəkdir. Amma etiraf etmək lazımdır ki, xüsusilə yaşlı müəllimlərin online tədris texnologiyalarından istifadə bacarıqları zəifdir və bu prosesdə onlara müəyyən təlimlərin verilməsi zəruri idi. Eyni zamanda Teams proqramının Təhsil Nazirliyinin dəstəyi ilə məktəblərdə tətbiqi müsbət addım olsa da, internetin sürəti və proses iştirakçılarının bu proqramdan istifadə bacarıqlarının zəifliyi müəyyən problemlərə gətirib çıxardı. Texnoloji problemlər olaraq sabit telefon xətti ilə internetin sürətinin zəif olması, mobil şəbəkələrdən istifadə edilincə isə sürətin yaxşı olmasına rəğmən internetiqn qiymətinin baha olması göstərilə bilər:

“Bu məsələdə son ayda bir mobil şəbəkə korperasiyasının təhsil sektoruna güzəştli internet paketi layihəsini alqışlamaq və bu cür kampaniyaların artmasını təmin etmək lazımdır. Eyni zamanda, şagirdlərin ev şəraiti və evdə təhsil alan sayının şox olması prosesə mənfi təsir göstərən faktorlardandır”.
Mütəxəssis deyib ki, digər bir problem valideynlərin şagirdlərin tədris proqramına tam nəzarət etməməsi və ya edə bilməməsidir. Bəzi valideynlərin işləməsi və ya bu dönəmin sanki şagirdin tətildə olması kimi qəbul etməsi buna əsas verir. Eyni zamanda müəllimlə göz təmasının olmaması və şagirdin öz komfort zonasından çıxmaması distant təhsilin effektivliyini azaldır”.

E.Süleymanov hesab edir ki, bütün neqativ aspektlərinə rəğmən distant təhsilin bir illik tətbiqi şagird və tələbələrdə texnologiyadan istifadə bacarıqlarını xeyli artırdı.

Onun fikrincə, ənənəvi təhsilə keçən zaman da bu texnoloji imkanlarından istifadəyə davam edilməlidir. Bu imkanlardan daha effektiv istifadə üçün məktəblərdə infrastruktur qurulmalı və həm təhsilverənlərə, həm də təhsil alanlara təlimlər verilməlidir.

Təhsil Nazirliyinin “Teledərs” proqramında dərs keçən müəllimlərdən olan əməkdar müəllim, “Həyat bilgisi” və “Biologiya” dərsliklərinin həmmüəllifi, təlimçi Nüşabə Məmmədova Trend-ə açıqlamasında bildirib ki, elektron yolla şagirdləri öyrətmək olur. Bu yolla hətta keçirilən təlimlərin də səmərəsi olur:

"Biz öz praktikamızdan bu nəticəyə gəlirik ki, elektron yolla öyrətmək olur. Təlimlərdə iştirak edən müəllimlər də bundan razılıq edirlər. Lakin bəzən rayonlarda çox zaman işıq söndüyündən təlimə qoşulmada müəyyən problemlər yaranır. Rayondakı müəllimlər təlimlərə qoşularkən internetin zəifliyindən də şikayət edirlər”.

N.Məmmədova qeyd edib ki, teledərslərin keçirlməsi üçün ayrılan vaxt kifayət qədər yaxşıdır və bu müddətdə peşəkar müəllim dərsi izah edə bilir.

Lakin bununla belə, distant tədrisin təşkili nəticəsində müəyyən problemlərin ortaya çıxdığını da deyən N.Məmmədova bildirib ki, bəzən bir ailədə 3-4 uşaq eyni vaxtda distant dərsə qoşulmalı olur:

“Bəzən ailədə kompüter olmur, yalnız valideynin bir telefonu olur. Eyni saatda bütün uşaqlar dərs keçirsə, bu halda bütün uşaqlar dərsə necə qoşula bilər?!”

Valideyn Gülşad Günəşli deyib ki, onlayn dərslər zamanı şagirdlərə, xüsusən ibtidai siniflərdə təhsil alanlara nəzarət etmək olduqca vacibdir. Çünki bir çox hallarda uşaqlar sərbəst şəraitin olmasından, müəllimlə canlı bağlantıda olmamasından istifadə edərək dərs zamanı planşet və ya kompüterlərində gah mikrofonu, gah da kameranı bağlayırlar. Nəticədə müəllim həmin şagirdləri nə görə, nə də eşidə bilir, uşaq isə dərsdən kənar məşğuliyyətlərlə məşğul olur:

“Buna görə də uşaq dərs keçəndə məcbur olub onun yanında otururam ki, o, bunların heç birini edə bilməsin. Amma nəzərə alaq ki, bütün valideynlər bu nəzarəti təmin edə bilmirlər. Valideynləri işləyən uşaqlar dərslər zamanı belə hallara daha çox yol verə bilərlər. Bəzən görürsən ki, uşaqlar özlərini dərsdə iştirak edirmiş kimi göstərirlər. Amma dərs başlayandan bir az sonra dərsdən “sistem məni qəbul etmir” və s. adı ilə dərsdən çıxırlar. Sözsüz ki, belə texniki halların olması mümkündür. Amma bu hallar həm də valideyn nəzarəti olmayan uşaqların dərsə qoşulmaması üçün gətirdiyi bəhanələr də olur. Ona görə də çox vacibdir ki, dərs keçirlən zaman uşağın yanında kimsə olsun və ona nəzarət etsin. Bunu müəllimlər də çox tez-tez valideynlərə deyirlər ki, dərs zamanı valideyn uşağın yanında otursun”.

Onlayn dərslərin müsbət tərəfindən də danışan G.Günəşlinin fikrincə, distant tədris onlara fənn müəllimlərinin keçdikləri dərslərlə daha yaxından tanış olmasına, uşaqlarının müəllimlərə necə cavab verməsinə şahid olmasına şərait yaradır:

“Təhsil əyani olduqda valideyn dərsdə iştirak etmək üçün müəyyən prosedurlardan keçməli və direktorun razılığını almalı idi. Amma biz indi bütün dərslərin necə keçirildyini görürük. Həm müəllimlərin, həm də şagirdlərin zəif və güclü tərəflərini görə bilirik”.

İlhamə İsabalayeva
Trend

Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
Loading Bars
Xəbər lenti
Hindistanın baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər öldü
Bu il Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın keçirilməsi planlaşdırılır
Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq
Portuqaliya hakimiyyəti Britaniya ilə uçuşları dayandıracaq
ÜST: Dünyada ötən sutka koronavirusa 610 mindən çox yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib (FOTO)
İngiltərə Premyer Liqası: "Liverpul" 68 matçlıq məğlubiyyətsiz seriyasını dayandırıb
Türkiyədə son sutkada koronavirusdan 6 113 nəfər sağalıb
Şahbuzda zəlzələ qeydə alınıb
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb
Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar
Gəncədə ev yanıb
Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağda xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Bütün xəbərlər