Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır - BANM-in Prezident təqaüdçüsü

Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır - BANM-in Prezident təqaüdçüsü

Bakı. Trend:

Bu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) Prezident təqaüdünə layiq görülmüş 22 tələbəsindən biri Kəlbəcər rayonu 108 saylı tam orta məktəbin yetirməsi Zərifə Şahbazzadədir. O, orta məktəbi fərqlənmə diplomu ilə bitirərək, 690 balla BANM-in İnformasiya təhlükəsizliyi ixtisasını seçib. Prezident təqaüdünə layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşən Zərifə Şahbazzadə Kəlbəcər rayonunun azad olunması ilə bağlı da bir kəlbəcərli olaraq hisslərini dilə gətirib, Azərbaycan xalqının çox şərəfli və qürurlu bir tarix yaşadığını deyib:

“Mən bu tarixə şahidlik etdiyim üçün çox xoşbəxtəm. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan ordusunun şücaəti bu şanlı qələbəni bizə yaşatdı. Kəlbəcər mənim üçün Azərbaycandır! Görmədiyim, yalnız xatirələrdə canlandırılan Vətən torpağıdır Kəlbəcər”!

- Zərifə, ailəniz, yaxınlarınız Kəlbəcər haqqında sizinlə hansı xatirələri bölüşüblər?

- Nənəmin Kəlbəcər haqqında bitib-tükənməyən xatirələri məndə sanki orada yaşamışam kimi hisslər oyadırdı. Sıldırım qayalar, möhtəşəm təbiət, əsrarəngiz gözəllik haqqında eşitdikcə orada mənfur düşmənlərin məskunlaşması onlara olan niftrətimi daha da artırırdı.

- Doğma torpağının işğaldan azad olunması necə hissdir?

- İşğal altında olan vətənin hər bir qarışı əzizdir. Hər bir qarış torpaqdan düşmənin qovulması insana qürurverici hislər yaşadırdı. Məscidlərdə yenidən azan səsinin eşidilməsi çox gözəl duyğudur. Özümü çox xoşbəxt hiss edirəm ki, Kəlbəcərə, Şuşaya getmək, uca dağları seyr etmək, gözəlliklərdən zövq almaq nəsibim olacaq.

- Vətən müharibəsində yaxınlarınızdan iştirak edən oldumu? Bəs siz necə informasiya savaşında fəal idinizmi?

- Torpağımız, şərəfimiz və qürurumuz uğrunda başladığımız savaşda acı bir həqiqətdir ki, şəhidlərimiz də var. Onlar bu günü bizə yaşatmaq üçün qanları ilə tarix yazıblar! Qazilərimiz igidlik göstərərək düşmənin heç bir hiyləsinə aldanmayıblar. Onların qarşısında baş əyirəm. Vətən müharibəsində anamın xalası oğlu iştirak edib.

Bu savaşda hər birimiz həmrəy olmalı, birlik və dostluq nümayiş etdirməli idik. Zəfər qazanmaq üçün bu, çox önəmli şərt idi. Çünki düşmən bizi daim izləyir və mənfi fikirlərlə bizi ruhdan salmağa çalışırdı. Lakin yenilməz xalqımızın birliyi həm döyüş meydanında, həm də virtual aləmdə bütün dünyaya nümunə oldu. Prezidentimizin hər bir müraciəti bir tarixə çevrildi və son 10 noyabr müraciəti ilə 28 illik bir həsrətə son qoydu. Azərbaycan xalqı bir daha sübut etdi ki, bayrağımız əyilməzdir. O, daim yüksəklərdə dalğalanacaq. Bəli, mən də digər həmyaşıdlarım kimi sosial şəbəkələrdə bacardığım qədər fəal idim.

- Siz həm də bu il Prezident təqaüdünə layiq görülmüsünüz. Təbrik edirik sizi və bilmək istəyirik ki, bu xəbəri ilk dəfə eşidəndə təəssüratınız necə oldu?

- 2020-ci il təzadlı bir il oldu. Fərqli bir yaşayış tərzinə alışmaq və bu şəraitdə ali məktəbə hazırlaşmaq məcburiyyəti yarandı. Lakin qarşıma qoyduğum məqsəd və gələcək arzularım bu şərtlərə qalib gəldi. 690 bal toplayaraq BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olundum. Müharibənin davam etdiyi bir vaxtda Prezident İlham Əliyevin təqaüdlə bağlı imzaladığı Sərəncam çox gözlənilməz oldu. Ölkənin çox çətin bir zamanında gənclərə ən ali səviyyədə dəyər verilməsi çox qürurverici anlar yaşatdı.

- Məhz Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı?

- BANM-də təhsil alan yaxınlarımdan, məktəbimizin məzunlarından və araşdırdığım mənbələrdən ətraflı məlumatlar əldə etmişdim. Araşdırmalarımdan qənaətim bu oldu ki, keyfiyyətli təhsil almaq, savadlı mütəxəssis kimi yetişmək arzuma Bakı Ali Neft Məktəbində təhsil alaraq çata bilərəm. Məqsədim peşəkar və bacarıqlı mütəxəssis olmaq üçün universiteti əla nəticələrlə bitirərək magistr təhsili də almaqdır.

Gəncə-Naxçıvan aviareysinin bərpası məsələsinə yenidən baxılacaq
Gəncə-Naxçıvan aviareysinin bərpası məsələsinə yenidən baxılacaq
5 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
5 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb
Loading Bars
Xəbər lenti
Ölkədə siyasi dialoqun daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradılıb - Səttar Möhbalıyev
Sabah Lavrovla Çavuşoğlu görüşəcək
Gəncə-Naxçıvan aviareysinin bərpası məsələsinə yenidən baxılacaq
İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərin ailə üzvlərinin müayinə və müalicəsi davam edir (FOTO)
Füzulidə növbəti dəfə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb (FOTO/VİDEO)
Gəncədə ana və 2 azyaşlı övladının ölümü ilə bağlı cinayət işi açıldı
Azərbaycanda yeni universitet yaradılır
Şəkərli diabet xəstələrinin sayı 2,5 dəfə artıb
Ötən il 10 mindən çox müəllim kənd məktəblərində fəaliyyətə başlayıb
İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
Azərbaycanda 7 minə yaxın əcnəbi təhsil alır
Əməkdar artist atasından sonra anasını da koronavirusa görə itirdi
YAP-ın sədr müavini kollektivə təqdim olunub (FOTO)
5 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi şəhid anaları ilə görüşüb (FOTO)
Qarabağdakı tikinti Azərbaycanın inşaat sektorunda artıma səbəb olacaq - "Global Data"
Paşinyan istefa verir? - Şərt kəsildi
Bakıda üzərinə dəmir parçası düşən qadının ölümü ilə bağlı cinayət işi başlandı
Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır
Polis heroin alverçilərinə qarşı əməliyyat keçirdi, 16 kiloqram narkotik aşkarladı (FOTO/VİDEO)
Sevdiyi qız oğlanın üzərinə spirt töküb yandırıb
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
Aİ şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçib
Yerevanda prezident iqamətgahının qarşısında aksiya keçirilir
Nazirlər Kabinetinin hesabatı parlamentə daxil olub
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
Qeyri-rəsmi məşğulluqla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir
Naxçıvanda daha bir sabiq nazir həbs edilib
Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təsdiq edildi
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır
“Modern Diplomacy” portalında “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq” adlı məqalə dərc olunub
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı maarifləndirmə aparılmalıdır - Deputat
Aİ ilə "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin nəticələrini müzakirə edirik - Nazir
Qarabağ sülh müqaviləsinin icrası davamlı sülh və təhlükəsizlik üçün əsas amildir - "Azernews" qəzeti
Öz yaxınlarınıza və tərəfdaşlarınıza “Xurcun Luxury Nuts, Sweets & Dried fruits” ilə birgə sevinc bəxş edin (FOTO)
Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
YAP milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək - Naqif Həmzəyev
Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
Qubadlı və Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Bu günə kimi 4 527 şəxs öhdəliyə götürülüb - "YAŞAT" Fondu
Bərdədə mənzil qarət edən dəstə saxlanıldı (FOTO)
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb
Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb
138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ötən həftə 455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
Köhnə kafedən qumbara aşkarlandı
Ermənistan 30 il işğalda saxladığı ərazilərdə misilsiz mədəniyyət incilərini məhv edib - Deputat
Məhkumla videogörüşlərə icazə verilə bilər
Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
Hərbçilərə mənzil kirayəsi üçün kompensasiyanın artırılması təklif olunur
DSMF-nin həbs olunan sabiq əməkdaşının işi məhkəməyə göndərildi
FHN binalarda yanğın təhlükəsizliyi ilə bağlı reydlərə başladı (FOTO/VİDEO)
Qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun - TƏKLİF
Sabiq daxili işlər naziri, general-leytenant həbs olunub - RƏSMİ
Azərbaycanda 411 mindən çox insan vaksinasiya olunub
Damı uçan məktəbdə təmir işlərinə başlanılıb
Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
Müavinətlərin məbləğinin artırılması təklif edilir
Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub
Aliment Fondunun yaradılması təklif edilir
Şəxsiyyət vəsiqəsindəki fotoşəkildə baş örtüyündən istifadə edilə bilər
Hərbi qulluqçuların problemlərinin həlli daim dövlətimizin diqqətində olacaq - Spiker
Koronavirusa görə bağlanan bu məktəbdə dərslər bərpa olunub
Baş prokurorluğa vətəndaş müraciətləri ilə bağlı qaydalar açıqlanıb (VİDEO)
Milli Məclisin iclası keçirilir
Azərbaycan nefti bahalaşıb
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
“Məşədibad hamamı”nın müştəriləri həbs edilib (FOTO)
Naftalanda indiyədək 1000-dən çox şəxsə vaksin vurulub
Narkotik alverçisindən 10 kiloqram marixuana götürülüb (FOTO)
182 mindən artıq fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Ermənistan UNICEF nümayəndəsinin mandatını dayandırıb
Azər Türk Bank kredit faizlərini endirdi
Azərbaycanda qızıl ucuzlaşıb
Mili həmrəylik dövlət siyasətinin strateji prioritetidir
Deputatlar bu gün 8 məsələnin müzakirəsinə toplaşır
Füzuli rayonunun Gorazıllı kəndi (VİDEO)
Azərbaycan və Türkiyənin Los Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüb (FOTO)
Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır - Adil Allahverdiyev
Atasının avtomobili ilə avtoxuliqanlıq edən şəxs həbs olunub (FOTO)
İctimai iaşə obyektlərində 1000-dən çox nöqsan aşkar edilib
İsraildə ötən sutka koronavirusa 3 mindən artıq yoluxma qeydə alınıb
Ötən il ərzində Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb
Martın 9-da xarici valyutaların manata qarşı məzənnələri
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb
Tovuzda iki minik avtomobili toqquşub
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Bütün xəbərlər