AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub

Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının 400-dən çox əməkdaşı COVİD-19 virusuna qarşı peyvənd olunub.
Akademiyadan Trend-ə verilən məlumata görə, vaksinasiyada yaşı 65-dən çox əməkdaşlar iştirak ediblər. Vaksinasiya TƏBİB-in modul tipli xəstəxanasında həyata keçirilib:
"400-dən artıq əməkdaşımız peyvənd olunub və heç bir fəsadla rastlaşmayıblar. Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar".
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də