...

1000-dən çox müəllim vaksinasiya olunub - Emin Əmrullayev

Cəmiyyət Materials 5 Mart 2021 12:08 (UTC +04:00)
1000-dən çox müəllim vaksinasiya olunub - Emin Əmrullayev

Bakı. İlhamə İsabalayeva - Trend:

Artıq 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür:

"Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib. Şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir. Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti