Bakı. Ceyhun Ələkbərov - Trend:
Hazırda Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Vurğulanıb ki, yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir edir.