...

Bakıda tıxac yaranan ərazidə hərəkət bərpa olundu - BNA (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 30 Mart 2021 09:27 (UTC +04:00)
Bakıda tıxac yaranan ərazidə hərəkət bərpa olundu - BNA (FOTO) (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində yaranmış sıxlıq aradan qaldırılıb.

Bu barədə Trend-ə Abkı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda adıçəkiln ərazidə avtomobillərin hərəkəti bərpa edilib.

XXX

09:08

Bakı Nəqliyyat Agentliyi paytaxtda yaranan tıxacla bağlı məlumat yayıb.

Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti