...

Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub

Cəmiyyət Materials 13 Aprel 2021 01:23 (UTC +04:00)
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub

Bakı. Trend:

Kosmosa ilk uçan Yuri Qaqarinin şəkili dünyanın ən hündür binası olan Dubaydakı "Bürc-Xəlifə"də əks olunub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu tədbirlə kosmik uçuşunun 60-cı ildönümü və Y.Qaqarinin xatirəsi ehtiramla yad edilib. İşıqlandırma təxminən üç dəqiqə davam edib.

Xatıladaq ki, "Bürc-Xəlifə" 2010-cu ildə istismara verilib. Hündürlüyü 828 metrdir. 163 mərtəbədən ibarət qüllə dünyanın ən çox mərtəbəli və hündür binasıdır. Kosmosda ilk insan Yuri Qaqarin 12 aprel 1961-ci ildə "Vostok 1" kosmik gəmisində Yer kürəsini bir dəfə dövr vurub və 108 dəqiqəlik uçuşdan sonra Rusiya ərazisində eniş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti