...

İctimai nəqliyyatın hərəkəti bərpa olundu

Cəmiyyət Materials 16 May 2021 06:00 (UTC +04:00)
İctimai nəqliyyatın hərəkəti bərpa olundu

Bakı. Trend:

Bu gün saat 06:00-dan Azərbaycanda ictimai nəqliyyatın hərəkəti bərpa edilib.

Trend-in məlumatına görə, Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilmişdi.

Bununla bağlı Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilmişdi.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri təyin edilmişdi.

Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti