...

Bir qrup əlilliyi olan şəxsə evlərində təkərli oturacaqlar təqdim edildi (FOTO)

Cəmiyyət Materials 19 May 2021 16:57 (UTC +04:00)

Bakı. Trend:

Sosial Xidmətlər Agentliyinin əməkdaşları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiyanın Primorye diyarındakı Azərbaycan diasporunun ölkəmizə göndərdiyi təkərli oturacaqlardan daha 20-ni əlilliyi olan şəxslərə təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, təkərli oturacaqlar Abşeron, Qaradağ, Xəzər, Nəsimi, Binəqədi və Yevlax rayonlarında yaşayan və ehtiyac duyan əlilliyi olan şəxslərə evlərinə aparılaraq verilib.

Xatırladaq ki, bu ilin mart ayında Rusiyadakı diasporumuz tərəfindən əlilliyi olan şəxslər üçün ölkəmizə 566 ədəd təkərli oturacaq göndərilib. Onlardan bir hissəsi Agentliyinin tabeliyindəki Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzindəki əlilliyi olan şəxslərə verilmişdi.

Diasporumuzun sosial məsuliyyətə əsaslanan bu nəcib addımı ölkəmizdə əlilliyi olan şəxslərin təkərli oturacaqla təminatına töhfə vermək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti