...

Qonşu ölkələrdə virusun yeni ştammının meydana gəlməsi bizi daha diqqətli olmağa vadar edir - Deputat

Cəmiyyət Materials 24 İyun 2021 13:25 (UTC +04:00)
Qonşu ölkələrdə virusun yeni ştammının meydana gəlməsi bizi daha diqqətli olmağa vadar edir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirusa yoluxma sayında müşahidə olunan azalma ümumi epidemioloji vəziyyətə nəzarətin güclü olmasının nəticəsidir. Çünki ilk gündən pandemiyaya qarşı atılan addımlar indi bizə imkan verir ki, yumşalmalara gedək. Lakin biz bundan sonra daha diqqətli olmalıyıq. Çünki Azərbaycana qonşu olan ölkələrdə də virusin yeni ştammının meydana gəlməsi bizi daha diqqətli olmağa vadar edir.

Bunu Trend-ə deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, effektiv mübarizə ilə yanaşı Azərbaycanda vaskinləşmə prosesi də çox ciddi və nizamlı şəkildə aparılır: “Bunun nəticəsidir ki, hazırda Azərbaycan MDB məkanında vaksinləşməyə görə liderdir. Hamıya məlumdur ki, hazırda dünya ölkələri arasında vaksinlə bağlı böyük mübarizə gedir, ədalətsiz bölgü var. Ancaq Azərbaycanın vaxtında atdığı addımlar nəticəsində hazırda bir neçə şirkətin vaksini ölkəmizə gətirilib. Bu da nəticədə vaksinləşmə prosesinin sürətlə həyata keçirilməsinə səbəb olur”.

Deputat bildirib ki, hazırda dünya yeni növ virus olan Hindistan ştammı təhlükəsi ilə üz-üzə qalıb: “Hətta Azərbaycana qonşu olan ölkələrdə də bu yeni virusun meydana gəlməsi bizi daha diqqətli olmağa vadar edir. Dövlət üzərinə düşən vəzifəni ən yüksək səviyədə yerinə yetirməyə çalışır. Ancaq biz vətəndaşlar da bu tədbirlərə adekvat cavab verməliyik. Yumşalmalara gedilirsə, bu o demək deyil ki, təhlükə sovuşub. Biz daha da diqqətli olmalıyıq. Vətəndaşlar daha fəal vaksinasiya olunmalı, özlərin qorumalı, sanitar-epidemioloji qaydalara əməl etməlidirlər. Əks-təqdirdə virusun yenidən yayılması baş verə bilər, yenidən məhdudiyyətlərin tətbiq olunması məcburiyyəti yaranar”.

Xəbər lenti

Xəbər lenti