Bakı. Çingiz Səfərli - Trend:
Sabahdan 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən “Koroğlu” NMM-ə təşkil ediləcək.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.