...

“SUN” markası maarifləndirmə layihəsi reallaşdırıb (FOTO)

Cəmiyyət Materials 26 İyul 2021 14:05 (UTC +04:00)
“SUN” markası maarifləndirmə layihəsi reallaşdırıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın ilk gigiyenik kağız markası “SUN” ənənəvi olaraq bölgə əhalisini şəxsi gigiyena mövzusu ilə bağlı maarifləndirmə layihələrini davam etdirir.

Bu dəfə “Sun” layihəni Azərbaycanın cənub bölgəsinin Lənkəran rayonununun Gəgiran, Diryan, Günəhir, Osakücə, Astara rayonunun Tüləgüvən, Ojakəran, Sipiyəpart, Lövəyin, Cəlilabad rayonunun Üçtəpə, Alqasımlı, Məhəmmədhadı, Uzuntəpə, Masallı rayonunun Xıl, Qızılağac, Qarğalıq, Çaxırlı, Öncəqala kəndlərində həyata keçirdi.

Adıçəkilən markanın heyəti həkimlərlə birgə qapıdan qapıya gəzərək tualet kağızı istifadə edilmədikdə yayılan xəstəliklər və bunun fəsadları barədə kənd əhalisi məlumatlandırdı.

Bu səfər ərzində 2000-dən çox ev ziyarət olundu. Ziyarət olunan evlərdə “SUN” tualet kağızından istifadə edənlər olsa da, əhalinin bir qisminin ümumiyyətlə bu vasitədən istifadə etmədiyi və ya keyfiyyəti çox aşağı olan sərt kağızlarından istifadə etdiyi məlum oldu.

Həkim bu kağızların özlərinin mikrob daşıyıcısı olduğunu və qeyri-sanitar şəraitdə hazırlanması barədə sakinlərə məlumat verərək təhlükələri izah etdi. Tualet kağızından istifadə etmədikdə yarana biləcək yoluxucu xəstəliklər barədə məlumatlanan sakinlər məsələyə daha həssas yanaşacaqlarını və marketlərdə “SUN” tualet kağızlarını axtaracaqlarını bildirdilər.

Layihədə iştirak edək bölgə əhalisi “SUN” markasının əsas hədəfini də anladı:

Əsas məqsədimiz – Sun ilə gələcək sağlam olSUN!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti