...

Gəncə Dövlət Universitetinin məzunu MİQ imtahanında ən yüksək bal toplayıb

Cəmiyyət Materials 3 Avqust 2021 09:53 (UTC +04:00)
Gəncə Dövlət Universitetinin məzunu MİQ imtahanında ən yüksək bal toplayıb

Bakı. Trend:

Gəncə Dövlət Universitetinin məzunu Suqra Həsənova 2017-ci ildə Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbi əla qiymətlərlə bitirib, həmin ildə 580 bal toplayaraq Universitetin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuş və 2021-ci ildə universitetin məzunu olmuşdur. MİQ imtahanında iştirak etmiş Suqra Həsənova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fənnindən imtahanda ən yüksək 56 bal toplamışdır.

İmtahan haqqında fikirlərini bölüşən Suqra Həsənova bildirmişdir ki, Universiteti bitirdiyi eyni ildə də işə qəbul imtahanı verməyinin həyəcanı üzərində olsa da,çox çalışıb, əzmi, iradəsilə qarşısına qoyduğu yüksək balı toplayıb. İmtahan sualları çox mürəkkəb olmasa da, düşündürücü, məntiqi və heç bir yerdə qarşılaşmadığı suallar olmasına görə diqqətini çəkdiyini qeyd edib.

Bildirib ki, məqsədə çatmaq üçün çalışmaq, öz üzərində işləmək, daim öz ixtisasınla bağlı axtarışda olmaq yüksək nailliyyətlər üçün əsas məsələdir. Belə insanlara da daim elmin qapıları açıqdır. Məqsədi yüksək bal toplamaq idi. O, buna nail olub. Bundan sonra bu balla ən uyğun vakant yeri seçib öz şagirlərinə Azərbaycan dilimizin və ədəbiyyatımızın mükəmməlliklərini öyrətmək arzusundadır. Şagirdlərinin ən sevilən müəllimlərindən biri olmaq ən gözəl arzularından biri olduğunu vurğulayıb. Təbii ki,yalnız bununla kifayətlənməmək, müəllimlik fəailliyyəti ilə bağlı daha çox planları olduğunu, daim yeni-yeni uğurlara imza atmağı üçün öz üzərində çalışacağını bildirib.

Gənclərə tövsiyəsi odur ki,sevdiyiniz ixtisası seçin və bu yolda da daim çalışın. O zaman əmin olun ki,uğur sizinlə olacaq.

Gəncə Dövlət Universitetinin rektorluğu və kollektivi adından Suqra Həsənovanı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti