...

Peşə hazırlığını həyata keçirəcək müəssisələrlə görüş keçirilib

Cəmiyyət Materials 14 Sentyabr 2021 15:16 (UTC +04:00)

Bakı. Trend:

Peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələrlə görüş keçirilib.

Görüşdə komissiyanın son qərarına əsasən seçilmiş müəssisələr tərəfindən tədris olunacaq peşə və ya ixtisaslar, həmin peşə və ya ixtisaslar üzrə müəyyən olunmuş xərc məbləğləri, tədris planı, prosesə cəlb olunan pedaqoji heyətin bilik və bacarıq səviyyəsi, eləcə də peşə hazırlığının təşkili, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması istiqamətində görüləcək işlər müzakirə edilib.

Peşə hazırlığını həyata keçirmək üçün seçilmiş müəssisələr aşağıdakılardır:

Business Management School

Code Academy

Dadashsoy Group MMC

HROPTİON MMC

Safety Qualification Advisory Group

SAT Group MMC

TCS MMC

TexnoLab MMC

İNNAB

"IT Learning Center" MMC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "İKT Tətbiqi və Tədrisi Mərkəzi" MMC

Hadigro MMC

Peşə hazırlığı ilə məşğul olan müəssisələr adambaşına maliyyələşdirmə proqramına qoşulmaq üçün https://forms.gle/i2bg2ab1RmCLQdfb6 linki vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti