...

Azərbaycanda 2 064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb

Cəmiyyət Materials 15 Sentyabr 2021 18:36 (UTC +04:00)
Azərbaycanda 2 064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 064 yeni yoluxma faktı qeydə alınıb, 3 831 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti