...

Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilib

Cəmiyyət Materials 16 Sentyabr 2021 11:28 (UTC +04:00)
Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilib

Bakı. Trend:

Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən məlumata görə, sentyabr ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. manata yaxın vəsait ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti