...

Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2021 10:30 (UTC +04:00)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

37 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti dəfə vətəndaş qəbulu keçirib. Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən deputat, onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problem və məsələlərlə tanış olub.

Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini dinləyib. Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, təhsil problemləri və işlə təminat kimi məsələlərlə müraciət ediblər. Müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb, müraciətlərin bir neçəsi yerindəcə həll olunub. Həmçinin qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti