...

“8 Noyabr” prospektində xüsusi düymə ilə idarə olunan yeni svetoforlar quraşdırılıb (VİDEO)

Cəmiyyət Materials 29 Sentyabr 2021 19:35 (UTC +04:00)
“8 Noyabr” prospektində xüsusi düymə ilə idarə olunan yeni svetoforlar quraşdırılıb (VİDEO)

Bakı. Samir Əli - Trend:

Vətəndaş rahatlığı nəzərə alınaraq daha iki ünvanda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Belə ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən “8 Noyabr” prospektində 4 hərəkət zolağından ibarət yolda yerləşən mövcud nizamlanmayan eyni səviyyəli piyada keçidinin yeri optimallaşdırılıb və xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.

Bu barədə Trend-ə BNA-dan məlumat verilib.

Bununla yanaşı, Mərdəkan qəsəbəsi, Sergey Yesenin və Almas İldırım küçələrinin kəsişməsində mövcud eyni səviyyəli piyada keçidlərinin yerləri optimallaşdırılıb və sözügedən eyni səviyyəli piyada keçidlərinin önündə panduslar inşa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti