...

Bakıda daha bir orta məktəb distant tədrisə keçib

Cəmiyyət Materials 19 Oktyabr 2021 18:56 (UTC +04:00)
Bakıda daha bir orta məktəb distant tədrisə keçib

Bakı. Çingiz Səfərli - Trend:

Paytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildirilib ki, 322 nömrəli tam orta məktəbdə COVİD-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti