...

Pedaqoji Universitetin qəhrəmanları (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2021 15:00 (UTC +04:00)
Pedaqoji Universitetin qəhrəmanları (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Vətənimiz Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda tarixin bütün dövrlərində mənfur düşmənlərlə mübarizə aparan xalqımızın igid oğul və qızları içərisində bir əsrlik zəngin tarixi irsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin yüzlərlə tələbə, məzun, əməkdaş və rəhbərləri də yer alır. Onların arasında onlarla şəhid, qazi və sərkərdələr var.

Diqqətinizə çatdırırıq ki, aşağıdakı siyahıda müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olmuş qəhrəmanların haqqında məlumat təqdim edilir. Onlardan 8 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı (4 nəfəri Sovet İttifaqı Qəhrəmanı, 4 nəfəri ADPU-nun rektoru (onların 2-i həm də ADPU-nun məzunudur)), 3 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 1 nəfəri “Zəfər” Ordeni ilə, 2 nəfəri “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmiş, 29 nəfəri (onlardan 7 nəfəri ADPK-nın tələbə və məzunlarıdır) Birinci Qarabağ müharibəsi şəhidi, 12 nəfəri (onlardan 2 nəfəri Şamaxı Filialının, 1 nəfəri Ağcabədi Filialının, 3 nəfəri ADPK-nın tələbə və məzunlarıdır) Vətən müharibəsi şəhidi, 45 nəfəri Birinci Qarabağ müharibəsi iştirakçısı, 10 nəfəri Aprel döyüşləri iştirakçısı (onlardan 8 nəfəri həmçinin Vətən müharibəsi iştirakçısıdır) və 180 nəfəri isə Vətən müharibəsi iştirakçısıdır. Ümumilikdə, 234 nəfərin yer aldığı bu cərgə Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin ayrılmaz parçasıdır.

Təqdim olunan adlı siyahı Universitetin 100 illiyinə həsr olunmuş nəşrlər çərçivəsində hazırlanan “Pedaqoji Universitetin Qəhrəmanları” ensiklopedik toplusunun materialları əsasında tərtib edilib. Qeyd edək ki, siyahı yekun və müfəssəl olmayıb, bu sahədə aparılan ilk tədqiqatın nəticəsidir. Bu gələcək tədqiqatlarda qəhrəmanlarımız haqqında daha da müfəssəl məlumatların əldə edilməsi üçün ilk siqnaldır.

Burada isə ilkin olaraq pedaqoji Universitetin yüksək dövlət təltiflərinə layiq görülən, Birinci Qarabağ və Vətən müharibələrində şəhid olan tələbə və məzunlarının siyahısı yer alır.

II DÜNYA MÜHARIBƏSI İŞTİRAKÇILARI. SOVET İTTİFAQI QƏHRƏMANLARI

1. Hüseynzadə Mehdi Hənifə oğlu (leytenant)

2. Kazımov Səlahəddin Həsən oğlu (general-mayor)

3. Mustafayev Xıdır Həsən oğlu (mayor)

4. Səfərov Fariz Məcid oğlu (mayor)

II DÜNYA MÜHARİBƏSİ İŞTİRAKÇILARI. DÖYÜŞƏN REKTORLARIMIZ

1. Ələsgərov Cəbrayıl Ağaəli oğlu (mayor)

2. Əliyev Mehdi Sadıq oğlu

3. Hacıyev Cəfər Zeynal oğlu (Cəfər Xəndan)

4. Mehdizadə Mehdi Məmməd oğlu

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI

1. İbrahimov Mirələkbər Mirələsgər oğlu (kapitan) – ölümündən sonra (Birinci Qarabağ müharibəsində şəhid olub.)

2. Quliyev Mətləb Kamran oğlu (leytenant) – ölümündən sonra (Birinci Qarabağ müharibəsində şəhid olub.)

3. Salahov Şakir Şamil oğlu – ölümündən sonra (Birinci Qarabağ müharibəsində şəhid olub.)

“ZƏFƏR” ORDENİ İLƏ TƏLTİF EDİLƏNLƏR

Nağıyev Əli Nağı oğlu (general-polkovnik)

“AZƏRBAYCAN BAYRAĞI” ORDENİ İLƏ TƏLTİF EDİLƏNLƏR

Bayramov Malik Yaşa oğlu (baş leytenant) – ölümündən sonra (Birinci Qarabağ müharibəsində şəhid olub.)
Nağıyev Əli Nağı oğlu (general-polkovnik)

I QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

Abbasov S.S.
Abdullayev N.V.
Allahyarov İ.N.
Baxışov Rəşid Hacıağa oğlu
Balakişiyev Müşfiq
Bünyadov V.F.
Cəfərov Firuzəddin Tapdıq oğlu
Ələkbərov Hilal Hilal oğlu
Əsədov İ.M.
Hüseynov Ehtiram Aydın oğlu
İsmayılov İ.D.
İsmayılov V.M.
Kərimov M.
Qasımov N.T.
Qədirov E.A.
Qəhrəmanov Elman İxtiyar oğlu
Məmmədov Mürşüd Ağa oğlu (mayor)
Məmmədov Tağı
Nurullayev Qismət
Rəhimov İntizam Əhməd oğlu (baş leytenant)
Rzayev A.M.
Salıfov İ.N.
Səfərov İdris
Şahverdiyev Əlövsət Kərim oğlu
Zülfiyev Hicran Əliş oğlu (leytenant)

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

1. Abbasov Ağaqardaş İlham oğlu (baş leytenant)

2. Ağaquliyev İlkin Saməddin oğlu (MAHHXQ)

3. Baxışova Arəstə Kərim qızı (çavuş)

4. Əzizov Elgün Elman oğlu (baş leytenant)

5. Hüseynli Etiram Həsən oğlu (leytenant)

6. Lətifov Rəvan Ömür oğlu

7. Nəbiyev Cilingir Azad oğlu (gizir)

8. Nəbiyev Orxan Rza oğlu (leytenant)

9. Nüsrətli Ceyhun Aqil oğlu

10. Ömərov Qoşqar Səxavət oğlu

11. Tahirov Firdovsi Balaxan oğlu

12. Zakirov Elvin Ağasəlim oğlu (baş leytenant)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti