...

Bakıda dörd, Oğuzda bir müəssisədə pozuntular aşkarlanıb

Cəmiyyət Materials 18 Noyabr 2021 15:44 (UTC +04:00)
Bakıda dörd, Oğuzda bir müəssisədə pozuntular aşkarlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 17-də ölkə üzrə 410 ictimai iaşə obyektində 716 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Natavan küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Quliyev Eldar Museyif oğluna məxsus “Bulaq” restoranı;

2. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr-da yerləşən, fiziki şəxs Xəlilov Amil Hümbət oğluna məxsus “Çinar” restoranı;

3. Bakı şəhəri, Xətai‎ rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən, fiziki şəxs Əsgərov Sərxan İsgəndər oğluna məxsus “Neopali” kafesi;

4. Bakı şəhəri, Nizami ‎ rayonu, Rüstəm Rüstəmov küç., ev 29c ünvanında yerləşən, fiziki şəxs Axundov Vüqar Qabil oğluna məxsus “Doyum dönər” kafesi;

5. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Hacıyev Seymur Ələfsər oğluna məxsus çay evi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti