...

2022-2023-cü tədris ili üçün Fransada ali təhsilə sənəd qəbulu: Müraciətinizi 18 oktyabr 2021-ci ildən etibarən onlayn edin!

Cəmiyyət Materials 24 Noyabr 2021 16:00 (UTC +04:00)
Campus France Azərbaycan : « Études en France » prosedurunun açıq elan olunması : 2022-2023-cü tədris ili üçün Fransada ali təhsilə sənəd qəbulu : Müraciətinizi 18 oktyabr 2021-ci ildən etibarən onlayn edin!
2022-2023-cü tədris ili üçün Fransada ali təhsilə sənəd qəbulu: Müraciətinizi 18 oktyabr 2021-ci ildən etibarən onlayn edin!

Bakı. Trend:

18 oktyabr 2021 -ci il tarixindən etibarən Fransa ali təhsil müəssisələrinə sənəd qəbulu təkmilləşir! Campus France Azərbaycan filialınız « Études en France » (EeF) adlı rəqəmsal platformanı tətbiq etməyə başlayır. Azərbaycanda yaşayan azərbaycanlı tələbələrin 2022-2023-cü illərdə Fransa universitetlərinə ​​qəbul olmaq üçün bütün müraciətləri eksklüziv olaraq "Etudes en France" elektron platforması vasitəsilə aparılır :

https://pastel.diplomatie.gouv.fr/etudesenfrance/dyn/public/authentification/login.html

Qeydiyyat ən geci aşağıdakı tarixlərdə edilməlidir :

15 dekabr 2021-ci il tarixinədək : Bakalavrın birinci kursuna qeydiyyatla bağlı ilkin qəbul müraciətləri (DAP) üçün

1 yanvar 2021-ci il tarixinədək : bütün digər müraciətlər üçün

Göstərilən müddətdən ən azı bir ay əvvəl onlayn qeydiyyatdan keçməyiniz və sənədinizi doldurmağınız mütləq şəkildə tövsiyə olunur.

Bu prosedur ödənişlidir və qeydiyyat haqqı hər tələbəyə görə 100 AZN təşkil edir.

Platforma, 18 oktyabr 2021 -ci il tarixindən 15 dekabr 2021 -ci il tarixinə qədər aşağıdakı hallar üzrə sənədlərin təqdim edilməsi və müraciət haqqının ödənilməsi üçün açıq olacaq:

  • Bakalavrın birinci kursu (İlkin Qəbul Müraciəti (DAP) / boş dosye kimi də adlanır) ;
  • Tibb təhsilinin birinci ili (PACÈS) ;
  • Incəsənət və memarlıq məktəblərinə qeydiyyat.

1 yanvar 2022-ci il tarixinədək isə :

  • Bakalavrın 2-ci, 3-cü, magistraturanın 1-ci və 2-ci, Texnoloji Universitet Diplomu (DUT), mühəndislik məktəbləri və digər məktəblər.

Prosedur ödənişlidir (viza rüsumu istisna olmaqla, hər tələbə üçün 100 AZN).

Məlumat :

2020-ci tədris ilinin əvvəlindən etibarən, Fransadakı bir universitetdə ali təhsil dövrü üçün ilk dəfə qeydiyyatdan keçən Avropalı olmayan tələbələr aşağıdakı kimi illik qeydiyyat haqqını ödəməli olacaqlar:

Bakalavr üçün üçün 2,770 avro və magistratura üçün 3 770 avro.

Bu doktoranturaya qeydiyyatdan keçənlərə şamil edilmir. Daha ətraflı məlumat üçün : https://www.campusfrance.org/fr/droits-inscription-2019-2020-etudiants-internationaux

Tam bir müraciəti yaratmaq və təqdim etmək üçün mərhələlər :

I. Məlumat və istiqamət – Mənim təhsil planım

Müraciət edən şəxs təhsil planını hazırlayaraq bütün şansları öz tərəfinə qoymalıdır. Hansı ixtisas? Hansı müəssisə? Hansı dərəcə? Hansı peşəni seçməli? Təhsilimi necə maliyyələşdirmək olar? Harada qala bilərəm? Viza almaq üçün tələb olunan maliyyə tələblərinə cavab verdiyimi yoxlayıram. Bu suallara mümkün qədər yaxşı cavab verə bilməyim və aydın və ardıcıl bir təhsil-iş planına sahib olmağım üçün Campus France saytından da məlumat alıram.

II. Onlayn formada şəxsi kabinetimin yaradılması

Aşağıdakı linkə daxil olaraq şəxsi kabinetimi yaradıram : https://pastel.diplomatie.gouv.fr/etudesenfrance/dyn/public/authentification/login.html

« Qeydiyyatdan keçmək » hissəsinə daxil oluram və menyudan « Campus France Azərbaycan mərkəzi »ni seçirəm.

Diqqət ! Səhifənin aşağısında « Digər » hissədə « Fransada təhsillə bağlı məlumatları şəxsi elektron poçtum vasitəsilə almağı təsdiq edirəm » yazısının üzərinə klikləməyi unutmayın. Beləliklə bütün xəbərdarlıqları e-mail vasitəsilə alacağam (müraciətimin təsdiqlənməsi, pedaqoji müsahibə üçün görüş, universitetlərin qərarı, qeydiyyat haqqının ödənilməsi və s.)

Daha sonra şəxsi məlumatlarımı daxil edirəm. Bu mərhələ üçün aşağıdakı sənədləri təqdim etməliyəm :
1) şəxsiyyəti təsdiq edən sənəd (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə),
2) şəxsiyyəti təsdiq edən yeni peşəkarcasına çəkilmiş foto şəkil,

3) təsdiq məktublarını və eləcə də saxlamalı olduğum sənəd nömrəmi almaq üçün düzgün elektron ünvan.

III. Müraciət sənədimi doldurmaq

Müraciət sənədimin qalan hissəsini tamamlamaq üçün:

1) şəxsiyyətimi təsdiq edən sənəd,

2) son transkriptlərim və / və ya diplomlarım,

3) təzə şəkliniz (şəxsiyyətinizi təsdiq edən)

4) CV-im.

Öncədən qeydiyyatdan keçmək istədiyim müəssisələri seçirəm və hər bir istək üçün fərdi bir məktub yazıram.

IV. Müraciət sənədimin onlayn təqdim olunması və qeydiyyat haqqının ödənilməsi

Tam və düzgün olduğunu təsdiqlədikdən sonra sənədimi onlayn olaraq təqdim edirəm.

Daha sonra Campus France Azerbaycan-a 100 AZN məbləğində qeydiyyat haqqı ödənilməlidir (Azərbaycan Fransız İnstitutunun binasında, Füzuli küçəsi, 67, AZ1014, Bakı).

Lazımi məlumatlar mənə e-poçtla çatdırılacaq.

Bu ödənişlər ödənildikdə, Campus France komandası sənədimi təsdiqləmək üçün yoxlayacaq.

Xəbərdarlıq! Sənədləriniz natamamdırsa, təsdiqlənməyəcək və düzəliş üçün sizə xəbərdarlıq ediləcək (bu səbəbdən e-poçtlarınızı tez-tez yoxlamağınız vacibdir).

V. Pedaqoji müsahibə

Sənədləri Campus France Azərbaycan tərəfindən təsdiqlənmiş bütün namizədlər pedaqoji müsahibəyə çağırılacaq. Təhsil layihəmin təqdimatının Campus France -a təqdim edilməsi çox vacib bir addımdır. Bu müsahibə, namizədə şəxsi layihəsini təqdim etmək, seçimlərini və motivasiyalarını izah etmək imkanı verir.

Buna görə bütün lazımi sənədləri toplayaraq əvvəlcədən hazırlaşmalısınız.

Namizəd daha sonra e-poçtla (gün, vaxt və yer) pedaqoji müsahibəyə çağırılacaq.

Xəbərdarlıq! Təşkilati səbəblərə görə heç bir gecikməyə yol verilməyəcək.

Pedaqoji müsahibənin sonunda namizədin faylı birbaşa elektron şəkildə seçilmiş müəssisələrə göndərilir.

VI. İlkin qeydiyyatın təsdiqlənməsi və düzəlişi

Təhsil müəssisələri təhsil səviyyəmdən asılı olaraq 2022-ci ilin fevral-mart ayları arasında müraciətimi təhlil edir.

Bir təhsil müəssisəsindən qəbul aldıqdan sonra son seçimimi « Études en France » hesabımda qeyd edirəm. Qeydiyyat şəhadətnaməmi yükləyirəm. Daha sonra sertifikatımın etibarlı olması üçün Campus France -da möhürlədirəm.

Heç bir təhsil müəssisəsindən müsbət cavab almasam, prosedur bu mərhələdə dayanır. Campus France Azərbaycan, müraciətimin rədd edilməsi və ya qəbul edilməsi ilə bağlı qərar vermək səlahiyyətinə malik deyil.

VII. Viza müraciəti

Vizamın alınması üçün lazım olan addımları atıram. Mən bunu əvvəlcədən hazırlamalıyam. Campus France viza müraciəti proseduruna məsuliyyət daşımır və bu səbəbdən də ərizənizin qəbul edilməsi və ya rədd edilməsi ilə bağlı qərar vermək səlahiyyəti yoxdur. Bu müraciət müstəqil şəkildə aparılmalıdır və bu məsələyə Fransa Konsulluğu tərəfindən ayrıca baxılır.

Xəbərdarlıq! Təhsil müəssisəsinə qəbul olmaq, vizanın avtomatik alınması demək deyil. Müraciət sənədləriniz tələblərə cavab verməlidir (maliyyə zəmanəti, mənzil və s.).

Ətraflı məlumat üçün Camus France Azərbaycan mərkəzi ilə əlaqə saxlayın :

Tel : 051 207 02 95

Email : [email protected]

Ünvan : Azərbaycan Fransız İnstitutu, Füzuli küçəsi 67, AZ1014, Bakı

Çərşənbə-Cümə günləri : 9.00-13.00 və 14.00-18.00

Şənbə günləri : 9.00-17.00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti