...

Bakının bu hissəsində istiliyin verilməsi dayandırılıb

Cəmiyyət Materials 10 Dekabr 2021 10:05 (UTC +04:00)
Bakının bu hissəsində istiliyin verilməsi dayandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Gəncə prospektindən keçən magistral xətdə sızıntı olduğundan Xətai rayonunun bir hissəsində istiliyin verilməsində problem yaranıb.

Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev açıqlama verib.

O bildirib ki, günortaya qədər problem aradan qaldırılacaq.

"Hazırda iş gedir. O zonada bəzi binaların istiliyi dayandırılıb" - qurum rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti