...

Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin - Deputatdan təklif

Cəmiyyət Materials 14 Dekabr 2021 11:44 (UTC +04:00)
Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin - Deputatdan təklif

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin.

Trend-in məlumatına görə, bu təkliflə deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, onlarla insan ona müraciət edərək bu məsələni qaldırmağı xahiş edib.

“Onlarla vətəndaş xahiş edir ki, yaslara da icazə verilsin. Toyların 150 nəfər olmaqla keçirilmsinə icazə verilib. Hesab edirəm ki, yas məclislərinin də 100-150 nəfər civarında keçirilməsinə icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur”, - deyə R.Nurullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti