...

Bakının bir hissəsində su olmayacaq

Cəmiyyət Materials 15 Dekabr 2021 09:50 (UTC +04:00)
Bakının bir hissəsində su olmayacaq

Bakı. Trend:

Bu gün Bakı şəhəri Xətai rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti