...

Bakıda istilik sistemi olmayan məktəbdə problem həll edilib

Cəmiyyət Materials 6 Yanvar 2022 13:30 (UTC +04:00)
Bakıda istilik sistemi olmayan məktəbdə problem həll edilib

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri 205 nömrəli tam orta məktəbdə istilik təchizatı bərpa edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəb fərdi qazanxana vasitəsilə istiliklə təmin olunur.

"BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir" - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl 205 saylı məktəbdə istiliyin olmadığı və şagirdlərin bu səbəbdən dərsə getmədikləri barədə məlumat yayılmışdı. Bildirilmişdi ki, məktəbin yeni inşa olunmuş binasının qaz xətinin müvafiq sənədləri, eyni zamanda yeni binanın istismara qəbul sənədlərinin hazırlığı tam yekunlaşmadığı üçün təhvil-təslim prosesi başa çatmayıb. Bu səbəbdən məktəbə "Azəriqaz” tərəfindən qaz verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti