...

Bosfor boğazında gəmi hərəkəti dayandırılıb

Cəmiyyət 17 Yanvar 2022 03:11 (UTC +04:00)
Bosfor boğazında gəmi hərəkəti dayandırılıb

Bakı. Trend:

“Brave Night” quru yük gəmisinin sınması səbəbindən Bosfor boğazında gəmi hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi öz "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, gəmi Sultan Səlim Yavuz körpüsünün şimal hissəsi yaxınlığında sıradan çıxıb.

Gəmi Türkiyənin Tekirdağ şəhərindən Rumıniyaya gedirdi.

“KURTARMA-8” yedək gəmisi və “KEGM-6” qayığı hadisə yerinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti