...

Müddətli əmək müqaviləsi üzrə sığorta stajı azaldılıb

Cəmiyyət 17 Yanvar 2022 15:37
Müddətli əmək müqaviləsi üzrə sığorta stajı azaldılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Trend xəbər verir ki, qanuna əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının müddəti azaldılıb.

Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.

Bundan əvvəl bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti