...

ADPU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)

Cəmiyyət 20 Yanvar 2022 19:10 (UTC +04:00)
ADPU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Yanvarın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi və kollektivi - rektor və prorektorlar, fakültə dekanları, kafedra müdirləri, şöbə, bölmə və mərkəz müdirləri, professor-müəllim heyəti, tələbə təşkilatlarının nümayəndələri, aktiv tələbələr 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb.

20 Yanvar şəhidləri öz canlarını qurban verərək Azərbaycanın yenidən müstəqilliyini qazanması yolunda xalqımızın milli iradəsinin sarsılmazlığını sübut elədilər. Bu gün müstəqil dövlətimizin hər bir vətəndaşı şəhidlərimizin xatirəsini əziz tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti