...

İkinci “Ağıllı kənd” layihəsi Füzulinin Dövlətyarlı kəndində olacaq - Birinci vitse-prezidentin köməkçisi

Cəmiyyət Materials 31 Yanvar 2022 10:07 (UTC +04:00)
İkinci “Ağıllı kənd” layihəsi Füzulinin Dövlətyarlı kəndində olacaq - Birinci vitse-prezidentin köməkçisi

Bakı. Elçin Mehdiyev - Trend:

İşğaldan azad edilmiş ərazilərdə ilk “Ağıllı kənd” layihəsi başa çatmaq üzrədir.

Trend-in məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib.

E.Əmirbəyov vurğulayıb ki, ikinci “Ağıllı kənd” layihəsi Füzulinin Dövlətyarlı kəndində olacaq.

O əlavə edib ki, hədəf işğaldan azad edilmiş ərazilərdə ağıllı layihələrin həyata keçirilməsinə qadınların cəlb edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti