...

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 31 Yanvar 2022 16:09 (UTC +04:00)
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 20-25 m/s-dək güclənəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti