...

Xırdalanda su olmayacaq

Cəmiyyət Materials 2 Fevral 2022 10:40 (UTC +04:00)
Xırdalanda su olmayacaq

Bakı. Fərid Zöhrabov - Trend:

Bu gün Xırdalanda içməli su verilişində məhdudiyyət olacaq.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 2 fevral 2022-ci il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti