...

Yaşa görə pensiyaların orta aylıq məbləğinin artması gözlənilir - DSMF

Cəmiyyət Materials 8 Fevral 2022 13:53 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Yaşa görə pensiyaların orta aylıq məbləğinin 385 manata çatacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, pensiyaların indeksləşdirilərək artırılmasından sonra staja görə pensiyaların orta aylıq məbləğinin 360 manata çatması gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə pensiyalar artırılıb və əlavə olaraq pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti