Bakı. Samir Əli - Trend:
Dünən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ"- "Marsel" oyunundan sonra Bakı metropoliteninin "Nəriman Nərimanov", "Gənclik" və "28 may" stansiyaları ilə 10 minə yaxın azarkeş daşınıb.
Bunu Trend-in sorğusuna cavab olaraq Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, oyundan sonra 7 min sərnişin "Gənclik" stansiyasından istifafə edib.
"Ümumilikdə isə 3 stansiya üzrə 10 min azarkeş mənzil başına çatdırılıb. Metro stansiyalarında oyundan sonra hər hansısa bir narahatlıq olmayıb. Sərnişinlər pandemiya qaydalarına riayət edilməklə mənzil başına təhlükəsiz çatıdırlıb. Qatarlar sonuncu azarkeş daşınana qədər fəaliyyət göstərib",- B.Məmmədov bildirib.
Qeyd edək ki, metropolitenin 3 stansiyası - "Gənclik", "Nəriman Nərimanov" və "28 May" stansiyalarına giriş gecə saat 1-ə qədər uzadılıb.