...

Ombudsmanın təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı şahidi" adlı film hazırlanıb (VİDEO)

Cəmiyyət Materials 25 Fevral 2022 23:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı şahidi" adlı film hazırlanıb.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, filmdə Xocalıda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş kütləvi qırğın, mülki şəxslərin soyqırım zamanı və girovluqda məruz qaldığı işgəncələr, onların itkin düşmüş yaxınları barədə məlumatlar faktlar əsasında təqdim olunmaqla yanaşı, Ombudsmanın bu soyqırım cinayətinə hüquqi qiymət verilməsi barədə dünya ictimaiyyətinə çağırışı da yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti